“El Marginal” (2016-2022) serialındakı təhlükəli cinayətkar rolu ilə tanınan argentinalı aktyor Klaudio Rissi 67 yaşında Buenos-Ayresdə vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə “La Nacion” qəzeti məlumat yayıb.

Aktyor xərçəng xəstəliyi ilə mübarizə aparırdı və Argentina paytaxtındakı xəstəxanalardan birində mülaicə olunurdu. 

Rissi 70-dən çox film və serialda rol alıb. "Squatters" (Okupas, 2000) və "Noble Scoundrels" (Los Simuladores, 2002-2004) kimi Argentina teleseriallarında kiçik rolları da olub.