“Survivor” yarışmasının dünən yayımlanan yeni bölümündə gərgin anlar yaşanıb.

“Unikal” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yarışma iştirakçıları olan tərəflər arasında mübahisə yaranıb.

”Qırmızılar” komandasının yarışmaçıları arasında mübahisə düşüb. Söz savaşına girən tərəflərə aparıcı Acun Ilıcalı sərt reaksiya verib. O, “Nə istəyirsiniz mənə deyin!”- deyərək stulu yerə çırpıb. Uzun illər ekranlarda olan məşhur aparıcının bu hərəkəti tamaşaçıların təəccübünə səbəb olub. 

Zərifə Nağıyeva