"Mançester Siti" İngiltərə kubokunun 1/8 finalında "Luton Taun"la qarşılaşıb.

"Unikal" xəbər verir ki, "şəhərlilər" rəqibi 6:2 hesabı ilə məğlub ediblər. Bu matçda "Mançester Siti"ni futbolçusu Erlinq Haaland penta-trik edib. 

"Mançester Siti" bu qələbə sayəsində 1/4 finala yüksəlib.

"Luton Taun" - "Mançester Siti" - 2:6

Qollar: Klark, 45, 52 - Haaland, 3, 18, 40, 55, 58, Kovaçiç, 72