Azərbaycan “Paris 2024” Yay Paralimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb.

Milli Paralimpiya Komitəsindən "Unikal"a verilən məlumata görə, bu uğura para-üzgüçü Könül Süleymanova imza atıb.

Qeyd edək ki, Paralimpiada avqustun 28-dən sentyabrın 8-dək təşkil olunacaq.