Azərbaycan Premyer Liqasının XXIII turundan təxirə salınmış oyunda "Qəbələ"nin qonağı olan "Qarabağ" ciddi itki ilə üzləşib.

"Unikal" xəbər verir ki, Ağdam klubunun hücumçusu Olavio Juninyo zədələnərək meydanı tərk edib.

Braziliyalı futbolçunu 40-cı dəqiqədə Leandro Andrade əvəzləyib.

Qeyd edək ki, hazırda qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.