Türkiyə Kubokunda yarımfinala vəsiqə qazanan növbəti komandanın adına aydınlıq gəlib.

"Unikal" xəbər verir ki, 1/4 finalda "Beşiktaş" və "Konyaspor" komandaları üz-üzə gəliblər. Görüş "qara qartallar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 32-ci dəqiqədə Salih Uçan açıb. Matçın yekun nəticəsini 58-ci dəqiqədə Cenk Tosun müəyyənləşdirib.

Bununla da İstanbul nəhəngi adını yarımfinala yazdırıb.

Qeyd edək ki, daha əvvəl "Fənərbağça" və "Trabzonspor" komandaları yarımfinala vəsiqə qazanıblar.