Səudiyyə Ərəbistanı Futbol Çempionatının İntizam Komitəsi “Əl Nəsr”in portuqaliyalı hücumçusu Kristiano Ronaldonu cərimələyib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu bundan əvvəlki matçda azarkeşlərin "Messi" şüarlarına nalayiq jestlə reaksiya verdiyinə görə bir oyunluq cəzalandırıb və 5,3 min avro cərimə edilib. 

Görüşdən sonra Ronaldo heç bir problem görmədiyini, etdiklərinin Avropada adi bir hadisə olduğunu bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı çempionatının 21-ci turunun matçında “Əl Nəsr” “Əl Şabab”ı 3:2 hesabı ilə məğlub edib, Ronaldo penaltidən 1 qol vurub.

Ağarza Elçinoğlu