Azərbaycan Premyer Liqasında 25-ci turun oyunları keçirilir.

"Unikal" xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Zirədə baş tutub.

Burada “Zirə” “Turan Tovuz”u qəbul edib. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

Azərbaycan Premyer Liqası
25-ci tur
2 mart

“Zirə” – “Turan Tovuz” 1:1
Qollar: Ceyhun Nuriyev, 62-pen – Belaydi Pusi, 11.
Qırmızı vərəqə: İssa Cibrilla, 43.
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Rahil Ramazanov, İnqilab Məmmədov
Zirə İK stadionu, 16:00.