İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində “Arsenal” “Brentford”u qəbul edib.

"Unikal" xəbər verir ki, Londonda baş tutan matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbədən sonra “topçular” “Mançester Siti” (62 xal) və “Liverpul”u (63) ötərək turnir cədvəlinin zirvəsinə yüksəlib.

Qeyd edək ki, “Mançester Siti” və “Liverpul” sabah qarşılaşacaqlar. Görüş heç-heçə bitəcəyi təqdirdə “Arsenal” top fərqinə görə zirvədəki yerini saxlayacaq.