“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen Formula 1 üzrə Səudiyyə Ərəbistanı Qran-prisinin qalibi olub.

"Unikal" xəbər verir ki, Qran-pridə ikinci yeri “Red Bull”un digər pilotu Serxio Peres tutub. İlk üçlüyü “Ferrari”nin sürücüsü Şarl Lekler qapayıb.

Qeyd edək ki, Formula 1-in növbəti mərhələsi martın 22-dən 24-dək Avstraliyada keçiriləcək.