Rusiya Prezidenti Vladimir Putin teatr və kino aktyoru, rejissor, Satira Teatrının keçmiş bədii rəhbəri Aleksandr Şirvindtin ailəsinə və yaxınlarına başsağlığı verib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskov bildirib ki, prezident Xalq artistinin ailəsinə və yaxınlarına başsağlığı teleqramı göndərəcək.

*** 21:15

Rusiyanın xalq artisti, Satira Teatrının bədii rəhbəri Aleksandr Şirvindt vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə “TASS“ agentliyi aktyor Sergey Qazarova istinadən məlumat yayıb.
Şirvindtin 89 yaşı var idi.