Gecə saatlarında supermodel Kara Delevinnin evində yanğın baş verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Los- Ancelesdə, "Hollywood Hills"də yerləşən 7 milyon dollarlıq bağ evi yanaraq kül olub.

Yanğınsöndürənlərin verdiyi məlumata görə, yanğın gecə saatlarında evin həyətyanı hissəsində baş verib, daha sonra yanğın otaqlardan birini əhatə edərək çardağa keçib. Evin dam örtüyü tamamilə uçub. Yanğınsöndürən və evdə yaşayanlardan biri xəstəxanaya çatdırılıb. 618 kvadratmetr sahədə yanğın iki saata yaxın söndürülüb.

Hadisə zamanı Kara Londondakı evində olub. Yanğınsöndürənlər modelin iki ev pişiyini xilas edə bilib.

“Bu gün ürəyim parçalandı. Mən buna inana bilmirəm. Həyat bir göz qırpımında dəyişə bilər. Sahib olduqlarınızı qiymətləndirin”, -  deyə model hadisədən sinrasosial şəbəkələrdə yazıb.