Rusiya prezidenti Vladimir Putin müxalif siyasətçi Aleksey Navalının ölümü ilə bağlı ilk dəfə danışıb.  

"Unikal" xəbər verir ki, onun sözlərini TASS sitat gətirir. 

Belə ki, Putin fevralın 16-da həbsxanada dünyasını dəyişən Navalnının ölümünü faciəvi hadisə olduğunu qeyd edib.

"Cənab Navalnıya gəlincə: bəli, o dünyasını dəyişdi. Bu həmişə kədərli bir hadisədir. Bizdə həbsdə olan insanların öldüyü başqa hallar da olub",- o, seçki qərargahında keçirdiyi mətbuat konfransında bildirib.

Gülayə Mecid