Cənubi Sudanda bütün məktəblər qeyri-müəyyən müddətə bağlanır.

"Unikal" xəbər verir ki, Cənubi Sudan hökuməti ölkədə iki həftə davam edəcəyi gözlənilən isti hava dalğasına görə bazar ertəsindən etibarən bütün məktəbləri bağlamaq qərarına gəldiyini açıqlayıb. 

Səhiyyə və Təhsil Nazirliyindən verilən açıqlamada valideynlərə bütün uşaqları evdə saxlamaq tövsiyə olunub.

Qeyd olunub ki, ölkədə temperatur 45 dərəcə selsiyə çatacaq.

Zərifə Nağıyeva