Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş bölgəsində Voskepar (Əskipara), Bağanis (Ayrım) və qonşu yaşayış məntəqələrindən olan sakinlərlə görüş keçirir. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Qeyd edək ki, Azərbaycanın tələb etdiyi 4 mübahisəsiz kənd də məhz Tavuşda yerləşir. Paşinyanın görüşdüyü sakinlər də həmin kəndlərdən olan ermənilərdir. 

***12:46

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Tavuşa səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb. Səfərin təfərrüatlarını açıqlamayıb.  

Xatırladaq ki, Paşinyan son mətbuat konfransında demarkasiya və delimitasiyanın Tavuş marzından başlayacağını, 4 ərazinin Azərbaycana veriləcəyini istisna etməyib və bu mövzuda sakinlərlə danışacağını da açıqlamışdı. 

Gülayə Mecid