Dünya mediasında aylardır ictimaiyyət arasında görünməyən Uels şahzadəsi Keyt Middltonun vəfat etdiyi ilə bağlı iddialar yer alıb. Hətta,  məsələ ilə bağlı İngiltərə kral ailəsinin "böyük açıqlama" verəcəyi də bildirilib. 

"Unikal" xəbər verir ki, bunun fonunda  İngiltərənin "The Sun" qəzeti Uels şahzadəsi barəsində yayılan xəbərləri təkzib edib. 

Qəzetdə yer alan məlumata görə, Uels şahzadəsi əri Şahzadə Uilyam ilə evinin yaxınlığındakı bir yerdə alış-veriş edərkən görüntülənib. Hadisə şahidi qəzetə "Bütün dedi-qodulara baxmayaraq, qarşımda məşhur cütlüyü görəndə donub qaldım. Keyt Uilyamla alış-veriş edirdi, xoşbəxt və yaxşı görünürdü" deyib. Cütlük alış-veriş zamanı heç bir şəkil çəkdirməyə icazə vermədiyi üçün onların heç bir fotoşəkili yayımlanmayıb.

Gülayə Mecid