Təhlükəsizliyi təmin edəcəyimizə dair heç olmasa müəyyən bir inamla həll yollarına gedə bilərik. 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan martın 18-də Azərbaycanla sərhəddə olan Kirants sakinləri ilə görüşü zamanı deyib.

Paşinyan qeyd edib ki, sərhəd qanuni hasar quran bir hadisədir: "Biz təmas xəttini sərhədlə əvəz etmək istəyirik. Sərhədin demarkasiyasının ən mühüm nəticəsi o ola bilərdi ki, qoşunlar öz mövqelərini tərk etsinlər, yerinə isə sərhədçilər gəlsin, çünki sərhədçilərin dayandığı yerdə bir-birinə atəş açmaq adət deyil. Mübahisə olduğu üçün çəkirlər, mübahisə yoxdursa, atmağın mənası yoxdur". 

Ağarza Elçinoğlu