İtaliyada həbsxanada məhbusları əziyyət verən 10 polis nəzarətə alınıb. 

"Unikal" xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb. 

Bildirilir ki, Foqcia həbsxanasında çalışan 10 polis haqqında məhbuslarla pis rəftar, işgəncə və şiddət kimi ittihamlara görə həbs qətimkan tədbiri seçilib.

Həmçinin bildirilib ki, həbsxanada şübhəli bilinən polis əməkdaşları 2023-cü il avqustun 11-də iki məhbusun şiddətli döyülməsində də iştirak ediblər.

Zərifə Nağıyeva