Argentina hakimiyyəti yaxın gələcəkdə 70 minə yaxın dövlət işçisini işdən çıxarmağı planlaşdırır.

"Unikal" xəbər verir ki, bu sözləri Argentina prezidenti Xavyer Mayli Latın Amerikası İqtisadçıları Forumunun bağlanışında deyib.

"50 min dövlət işçisini işdən çıxardıq, onların müqavilələrinə xitam verildi. Nəzərə alın ki, hazırda müqavilələrin sayı azaldılır və 70 min müqavilə ləğv ediləcək", - o deyib. 

Məlumata görə, Argentina hökuməti martın 31-də başa çatan on minlərlə “lazımsız” müqaviləyə xitam vermək niyyətindədir.

Gülayə Mecid