"Harry Potter", "Alacakaranlık" serialı və "Batman" kimi filmlərdə rol alan məşhur aktyor Robert Pattinson ata olub.

"Unikal" xəbər verir ki, Suki Uoterhaus ilə eşq yaşayan aktyorun övladı dünyaya gəlib.

Los-Ancelesdə körpəsi ilə gəzintiyə çıxan məşhur cütlük körpənin adı və cinsi ilə bağlı hələlik açıqlama və ya paylaşım etməyib.

Zərifə Nağıyeva