"Crocus City Hall"da baş verən terror aktından sonra 95 nəfər itkin düşüb.

"Unikal" xəbər verir ki, bu barədə "BAZA" teleqram kanalı məlumat yayıb. 

Məlumata görə, siyahılar yaxınlarının müraciəti əsasında əməliyyat xidmətlərinin əməkdaşları tərəfindən tərtib edilib. Bu siyahılara qohumları terror aktından sonra əlaqə saxlaya bilməyən, lakin qurbanlar və ölənlər siyahısında olmayan şəxslər daxildir.

"Bəlkə də bu insanların bəziləri ölüb, lakin hələlik şəxsiyyəti müəyyən edilməyib", - kanal yazıb. 

Eyni zamanda, siyahıdakı şəxslərin bəzilərinin sağ olması və sadəcə olaraq nədənsə əlaqə saxlamaması ehtimalı var.

Ümumilikdə, hazırda 140 ölüm rəsmi olaraq məlumdur.

Gülayə Mecid