Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada PKK terrorçularına qarşı əməliyyat keçirib. 

"Unikal" xəbər verir ki, keçirilən əməliyyatda terror təşkilatının məsul şəxslərdən biri olan "Sorhin Çele" kod adlı Vahide Atalay zərərsizləşdirilib. 

Bildirilir ki, Vahide Atalay 2006-cı ildə təşkilata qoşulduqdan sonra Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı bir çox əməliyyatlarda iştirak edib.

Zərifə Nağıyeva