Meksikanın cənubundakı Çiapas ştatında 5 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 17 min nəfər əhalisi olan Pixixiyapan şəhərindən 37,5 km cənub-qərbdə yerləşib. Zəlzələ ocağı 65,8 km dərinlikdə olub.