Rusiyanın elita klublarından olan "Axmat"ın yeni baş məşqçisi müəyyənləşib.

"Unikal" xəbər verir ki, Qroznı təmsilçisi rusiyalı mütəxəssis Məhəmməd Adıyevə tapşırılıb.

Qazaxıstan millisini çalışdıran Adıyevin paralel olaraq yığmadakı işini də davam etdirəcəyi bildirilib.

Sözügedən mütəxəssis daha öncə "Axmat"da köməkçi məşqçi qismində fəaliyyət göstərib. 

Qeyd edək ki, 21 oyuna 20 xal toplayan Qroznı komandası hazırda Rusiya Premyer Liqasının turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.