Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə son 80 ildə ən böyük daşqınların yaşandığını bildirib.

"Unikal" xəbər verir ki, Qazaxıstan lideri respublikadakı vəziyyəti ciddi adlandırıb, lakin daşqından zərər çəkmiş vətəndaşları ümidsiz olmamağa çağırıb. Onun sözlərinə görə, 10 rayonda fövqəladə vəziyyət elan edilib.

“Bildirmək istəyirəm: heç biriniz dövlətin diqqətindən kənarda qalmayacaq. Hamınıza maddi və digər lazımi köməklik göstəriləcək. Bütün maddi itkiləriniz ödəniləcək”, - Tokayev bildirib.

O əlavə edib ki, qazaxıstanlılar təbii fəlakətlərin qarşısının alınması üzrə təşkilati tədbirlərdəki çatışmazlıqları, su işçilərinin çatışmazlığını və təbiətə etinasız münasibəti nəzərə alaraq, irimiqyaslı daşqınlardan bütün dərsləri götürməlidirlər.

Gülayə Mecid