Zəngəzur mis-molibden kombinatı ilə bağlı çoxlu problemlər var. 

"Unikal" xəbər verir ki, bunu ekoloq, kombinatın keçmiş işçisi Artur Movsisyan deyib. 

"Ən böyük problemlərdən biri odur ki, hasilat həcmləri artıb və nəzərə alınmır ki, dərələrdə bu tullantıları atıb yığmağa yer yoxdur, sahibləri də qazanc adamlarıdır. Vadilərdə yer yoxdur, tullantı anbarı qeyri-sabit vəziyyətdədir", - deyə o qeyd edib. 

Movsisyanın sözlərinə görə, zavod Oxçuçay çayını da çirkləndirir: "Voqji çayının (Oxçuçay - red.) Xəzər dənizinə qədər getdiyini başa düşmədən ancaq özünüz haqqında fikirləşirsiniz. İstəsəniz də, istəməsəniz də özünüzü düşünəndə, qonşularımızı da düşünürsünüz. 

Zavodda istifadə olunmayan tullantı qalıqları ağır metallardır, 70-ə yaxın adda metallar orqanizmə, bitkilərə keçir, qida şəklində gəlir". 

Ağarza Elçinoğlu