Rusiya və Çin Moskva yaxınlığındakı "Crocus City Hall"da baş vermiş terror aktından sonra terrorizmlə mübarizədə əməkdaşlığı davam etdirmək niyyətindədirlər.

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinin xarici işlər naziri Vanq İ ilə görüşü zamanı deyib. 

Lavrov terror aktı ilə bağlı başsağlığına görə Çin tərəfinə təşəkkür edib, həmçinin bu faciədə əli olan hər kəsin cəzalandırılacağına əminliyini bildirib. 

"Və bizim terrorla mübarizə sahəsində əməkdaşlığımız, o cümlədən çoxtərəfli institutlar çərçivəsində davam edəcək", - Lavrov bildirib. 

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, martda keçirilən Rusiya prezident seçkiləri “Qərbin ciddi xarici təzyiqi və Kiyev rejimi tərəfindən terror hücumlarının artması” şəraitində keçib. Lakin Lavrov vurğulayıb ki, hər şeyə baxmayaraq, səsvermə uğurla keçib. 

Gülayə Mecid