İsrail xqrici işlər naziri İsrael Katz İranın onun ölkəsinə hücum edəcəyi təqdirdə buna cavab veriləcəyini bildirib.

"Unikal" xəbər verir ki, İsrail XİN rəhbəri bu barədə "X" hesabında paylaşım edib.

"İran öz ərazisindən hücum edərsə, İsrail buna reaksiya verəcək və İrana hücum edəcək", - paylaşımda bildirilib.

İsrail xarici işlər naziri paylaşımına İranın Ali Rəhbəri Seyid Əli Xameneinin səhifəsini etiketləyib.

Qeyd edək ki, İranın Ali Lideri Seyid Əli Xamenei İsraili İranın Dəməşqdəki konsulluğuna hücuma və buna bənzər hücuma görə peşman edəcəklərini deyib.

Bundan öncə İran prezidenti İbrahim Rəisi də İsrail HHQ-nin İranın Dəməşqdəki konsulluğuna qarşı hücumu cavabsız qalmayacağını bildirib.