Hindistanın mərkəzindəki Çhattisqarh əyalətinin Kumhari rayonunda avtobusun qəzaya uğraması nəticəsində özəl firmanın ən azı 12 işçisi ölüb, 14 nəfər yaralanıb.

"Unikal"ın xəbərinə görə, bu barədə yerli administrasiyanın nümayəndəsi məlumat verib.

Yaralananlar xəstəxanaya yerləşdiriliblər, onların vəziyyəti stabildir.

Qəzanın səbəbi müəyyənləşdirilir. Yerli administrasiya hadisə ilə bağlı araşdırmalara başlayıb.