Yayımladığı videolarla illər ərzində geniş pərəstişkar kütləsinə çatan "YouTuber" Ruhi Çenetin 9 milyon izləyicisi olan hesabı oğurlanıb. 

"Unikal" xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat yayıb. 

Çenetin 9 milyonluq hesabı oğurlandıqdan qısa müddət sonra adı "Ripple" olaraq dəyişdirilib. Kanalda investisiya tövsiyələrinin yer aldığı videonun yayımlandığını görən Çenet İnstaqram hesabında izləyicilərinə xəbərdarlıq edərək, "Kanalımız oğurlanıb, bu saxta yayımlara inanmayın" deyib.