Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanla bağlı sualı cavablandırmaqdan imtina edib. 

"Unikal" xəbər verir ki, Zaxarovanın bu gün keçirdiyi brifinqdə jurnalistlərdən biri "Paşinyanın Rusiya Prezidenti Vladimir Putinin may ayına planlaşdırılan andiçmə mərasimində iştirak edəcəkmi" sualını verib. 

Rusiya rəsmisi sualı rədd edərək,  cavabında: “Zəhmət olmasa, sualı İrəvana ünvanlayın”, - deyib.