ABŞ-nin Çikaqo şəhərində 4 polis qaradərili Dekster Ridi təhlükəsizlik kəməri taxmadığı üçün saxlayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, polislər Ridə "qapını aç və aşağı düş" əmrini verib. Belə ki, bu zaman Ridlə polislər arasında söz mübahisəsi düşüb.

Dəhşətlisi budur ki, təhlükəsizlik işçiləri 26 yaşlı gəncə 96 dəfə atəş açaraq öldürüblər. 

Hadisənin görüntüləri günlər sonra ortaya çıxıb. Şəhər polisindən verilən açıqlamaya görə, ilk olaraq Rid polislərə atəş açıb və bir polis yaralanıb. 

Hazırda faktla bağlı araşdırma aparılır. Ridin ailəsi isə heç bir açıqlama yaymayıb.