Xəbər verdiyimiz kimi, Ukrayna prezidenti  Volodimir Zelenski yeni əks-hücum üçün plan hazırladığını açıqlayıb. Onun bu  əks-hücumuna "Krım körpüsünün tamamilə dağıdılması" planı daxildir. 

"Unikal" xəbər verir ki,  bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb. 

 "Biz bunu həqiqətən istəyirik. Söhbət təkcə Kerçdəki hər kəsin danışdığı körpüdən getmir. Söhbət hərbi hədəfi təmsil edən digər infrastruktur obyektlərindən gedir. Söhbət körpülərdən, aerodromlardan gedir ", - Zelenski  nəşrə müsahibəsində qeyd edib.

Zelenski Ukraynanın körpülərə və digər infrastruktur obyektlərinə necə hücum etməyi planlaşdırdığını dəqiq izah etməməyi üstün tutub. 

Qeyd edək ki, Qərb Ukrayna ordusunun istənilən əks-hücum təşkil etmək qabiliyyətinə şübhə ilə yanaşır.

Gülayə Mecid