Rusiyanın Kursk vilayətində Ukraynaya məxsus pilotsuz təyyarənin hücumu nəticəsində ikisi uşaq olmaqla 3 nəfər həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoyt öz "Telegram" kanalında məlumat verib.

"Ukraynaya məxsus PUA Korenevski rayonunun Apanasovka kəndində mülki avtomobilin üzərinə partlayıcı qurğu atıb. Təəssüf ki, həmin an avtomobildə olan üç nəfər, o cümlədən iki uşaq dünyasını dəyişib. Mən həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və bu böyük kədəri onlarla bölüşürəm", - qubernator yazıb.