Daşqınlar başlayandan Qazaxıstanda 96,5 min insan, o cümlədən 31,6 min uşaq təxliyə edilib. 

"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb. 

Xatırladaq ki, Qazaxıstanın beş rayonunda 3400 yaşayış binası və 336 həyətyanı sahə su altında qalıb. 70-ə yaxın yaşayış məntəqəsi nəqliyyatsız qalıb.

Daşqınlar səbəbindən Qazaxıstan hakimiyyəti ölkənin on rayonunda fövqəladə vəziyyət rejimi tətbiq edib. Prezident Kasım-Jomart Tokayev təbii fəlakəti öz miqyasına və nəticələrinə görə son 80 ilin ən böyük fəlakəti adlandırıb.