Yəmənin Ənsar Allah hərəkatının üzvləri Ədən körfəzində üç ticarət gəmisinə və bir Amerika gəmisinə hücum edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq bəyanatla husilərin hərbi nümayəndəsi Yəhya Səriya çıxış edib.

O, Aralıq dənizi Gəmiçiliyinin Darvin və Gina gəmilərinin, həmçinin Maersk şirkətinin "Yorktown" gəmisinin pilotsuz təyyarələr və raketlərlə hücuma məruz qaldığını vurğulayıb.