Fransanın Sete şəhərindəki zavodda güclü partlayış, ardınca isə yanğın baş verib.

"Unikal" xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Nəşr qeyd edir ki, zavod bioyanacaq istehsal edir. Hadisə nəticəsində şirkətin əməkdaşı xəsarət alıb. O, helikopterlə xəstəxanaya təxliyə edilib və vəziyyəti ağırdır.