Türkiyə xarici işlər naziri Hakan Fidanın HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə telefon danışığı olub. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, danışıq zamanı Türkiyə XİN rəsmisi Haniyəyə 3 oğlu və 3 nəvəsinin İsrailin hücumları nəticəsində şəhid olması ilə bağlı başsağlığı verib.