İrəvanda Zvartnots hava limanı yaxınlığında avtomobilə silahlı hücum olub.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, silahlı 4 maskalı şəxs maşını saxlayıb, sürücünü və iki sərnişini zorla maşından çıxarıb, yerə yıxaraq əllərini qandallayıblar. Daha sonra onlar avtomobilin baqajındakı çantalardan 2,6 milyon dolları və dəyəri 3,1 milyon dollardan çox olan 3 qızıl külçəni oğurlayıblar.

Faktla bağlı cinayət işi açılıb.