Avstraliyanın Sidney şəhərindəki ticarət mərkəzinə bıçaqlı hücum nəticəsində 6 nəfər həyatını itirib.

"Unikal" xarici mediaya istiandən xəbər verir ki, yüzlərlə insan ticarət mərkəzindən evakuasiya edilib.

Məlumata görə, 9 aylıq körpə də daxil olmaqla bıçaq xəsarətləri alan 7 nəfər xəstəxanaya yerləşdirilib.

Polis rəsmiləri iki hücumçudan birinin polis tərəfindən ağır yaralandığını, digər hücumçunun axtarışlarının davam etdirildiyini bildirib.

***12:14

Avstraliyanın Sidney şəhərindəki ticarət mərkəzində naməlum şəxs bıçaqla insanlara hücum edib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlər və yaralananlar var.

Həmin şəxs əraziyə gələn polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.