İranın yüzlərlə raket və dron hücumunu dəf etmək İsrailə bir gecədə 1-1,3 milyard dollara başa gələ bilər.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrail ordusunun keçmiş maliyyə müşaviri, briqada generalı Ram Aminah bildirib.

"Biz bir gecədə müdafiə üçün 4-5 milyard şekeldən (1-1.3 milyard dollar) söhbət gedir". - deyə Aminah bildirib. 

Onun sözlərinə görə, İsrailin hücumu dəf etmək üçün çəkdiyi xərc İranın bu hücumu həyata keçirmək xərcindən on dəfə çoxdur.