"Tesla" şirkəti 140 min nəfərlik qlobal işçilərinin 10 faizindən çoxunu işdən çıxaracağını açıqlayıb.

"Unikal" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə şirkətin CEO-su İlon Mask işçilərinə e-poçt göndərib. O, məlumatda "xərcləri azaltmaq və məhsuldarlığı artırmaq" ehtiyacı səbəbindən işçilərini ixtisar etmək qərarı aldığını bildirib.

2020-ci ilin sonundan etibarən işçilərin ümumi sayını təxminən iki dəfə artıran şirkətin ixtisarları elektromobil sənayesində daha çox rəqabətin və daha az tələbatın təsirləri hesab edilir.

Zərifə Nağıyeva