Yaponiyada Kyuşu və Şikoku adaları arasındakı Bunqo boğazında 6,4 bal gücündə zəlzələ qeydə alınıb.

"Unikal" dünya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Meteorologiya İdarəsi məlumat yayıb. 

Zəlzələ ocağı 50 kilometr dərinlikdə olub.

Birinci zəlzələdən sonra 15 dəqiqə ərzində boğazda daha iki - 5,0 və 4,3 bal gücündə təkan qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.