Bolqarıstanın hüquq-mühafizə orqanları Türkiyə ilə sərhəddə yerləşən Kapitan Andreevo keçid məntəqəsində 400 kiloqram heroin müsadirə ediblər.

"Unikal" xəbər verir ki, narkotik vasitələr daşınma zamanı döşəklərin arasında gizlədilib və “risk analizi” əsasında yükün hərtərəfli yoxlanılması həyata keçirilərkən aşkarlanıb.

Digər təfərrüat açıqlanmayıb.

İstintaq Haskovo Şəhər Prokurorluğunun rəhbərliyi ilə davam etdirilir.