Gəncədə iki avtomobil toqquşub.

Unikal.org ARB Kəpəz-ə istinadən xəbər verir ki, Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Qəza şəhərin Nizami prospektində qeydə alınıb.

Şəmkir istiqamətindən hərəkətdə olan "QAZ 31" markalı avtomobillə "Mercedes" markalı nəqliyyat vasitəsi toqquşub. Hər iki avtomobil yararsız hala düşüb. Xəsarət alan yoxdur. İlkin ehtimala görə, qəzaya səbəb avtomobillərin işıqforun tələbinə əməl etməmələrdir.

Faktla bağlı araşdırma aparılır.

"Mersedes"lə "QAZ31" toqquşdu - FOTO

"Mersedes"lə "QAZ31" toqquşdu - FOTO