Müğənni Mətanət Əsədova toy hazırlıqlarına başlayıb.

Unikal.org xəbər verir ki, "APA TV-də yayımlanan "Show time verilişində qonaq olan ifaçı bildirib ki, toyu mediaya qapalı olacaq.

"Media mənim toyumda yalnız bir halda ola biləcək. Azərbaycanı haradasa təmsil etdiyim zaman. O zaman canım da qurbandır, hamısı gələ bilər. Mənim heç bir işim mediada olmayıb, toyum da qapalı olacaq. Toyun vaxtını indi açıqlamıram. Amma xınayaxdı yaxtada olacaq. Məclisi rəqqasə Fatimə idarə edəcək, - deyə ifaçı bildirib.lent.az