Gəncə şəhər sakini bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Unikal.org apa-ya istinadən xəbər verir ki,  şəhər sakini, 1984-cü il təvəllüdlü Zaur Məmmədov bıçaq xəsarətləri ilə polislər tərəfindən xəstəxanaya gətirilib. Əməliyyat olunan Z. Məmmədovun vəziyyəti orta ağır qiymətləndirilir.

Onun hansı şəraitdə bıçaq xəsarətləri aldığı məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.