Qızlarıyla Amerikaya tətilə yollannan aktyor Haluk Bilginerlə müğənni Aşkın Nur Yengi ayrıldıqdan 5 il sonra yenidən evləniblər.

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, 2012-ci ildə boşanan cütlük bir araya gəlib. Bir müddət aktrisa Zerrin Tekindorla münasibətdə olan Haluk onunla ayrıldıqdan sonra Aşkına qayıdıb.

Cütlüyün nikahı Mayamidə bağlanıb. Halukla Aşkın İstanbula döndükdən sonra Bodruma qısamüddətli tətilə yollanacaqlar.