Tanınmış rusiyalı aktyor, aparıcı və şoumen Maksim Qalkin Bakıda toyda iştirak edib.

Unikal.org-un oxu.az-a istinadən xəbərinə görə, aparıcı mərasimdən görüntüləri öz instagram səhifəsində yerləşdirib.

Maksim Qalkindən əlavə toyda Boney M., "Lazurnıy bereq qrupu və digər tanınmış ifaçılar iştirak ediblər.

Qeyd edək ki, M.Qalkin "Jara-2017 Beynəlxalq Musiqi Festivalının aparıcılarından biridir. Festival iyulun 27-dən 30-na qədər Sea Breeze istirahət mərkəzində keçiriləcək.