Bakıda intihar hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Sabail rayonu Mehdi Hüseynzadə küçəsi döngə 1, ev 7-də qeydə alınıb.

Həmin ünvanda yaşayan 1985-ci il təvəllüdlü Arif Fərhad oğlu Bağırov özünü asaraq intihar edib.

Faktla bağlı Sabail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.